Bu günə xəbərlərin oxunma sayı: 666
—
03.04.2026 10:41
İlham Əliyev: Azərbaycanın İrana göstərdiyi humanitar yardım davam edəcək
Prezident İlham Əliyev ilə İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.Dövlət başçıları Azərbaycan tərəfindən İrana göstərilən humanitar yardımı müzakirə ediblər. Məsud Pezeşkian yardıma görə minnətdarlığını bildirib.İlham Əliyev isə humanitar dəstəyin davam edəcəyini və yaxın günlərdə növbəti yardımın göndəriləcəyini qeyd edib.Prezident İranda vəziyyətin gərginləşməsindən narahatlığını ifadə edib, həlak olanlara rəhmət diləyib və qarşıdurmanın tezliklə başa çatmasını arzulayıb.Söhbət zamanı regionda sülhün vacibliyi də vurğulanıb.Qeyd edək ki, Azərbaycan artıq İrana iki mərhələdə humanitar yardım göndərib.
- Baxış: 62
