Bu günə xəbərlərin oxunma sayı: 666
— 06.03.2026 17:52

XİN İranın dron hücumundan sonra Azərbaycana dəstək verənlərə təşəkkür edib

Azərbaycan Xarici İşlər Nazirliyi İranın ölkə ərazisinə dron hücumlarından sonra beynəlxalq tərəfdaşlardan gələn dəstəyə görə təşəkkür edib. Nazirlikdən bildirilib ki, müxtəlif ölkələr və beynəlxalq təşkilatlar Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına dəstək ifadə ediblər. Rəsmi Bakı göstərilən həmrəyliyi yüksək qiymətləndirərək tərəfdaş ölkələrə təşəkkürünü çatdırıb. Siyahıda Ermənistanın da adı var.