Bu günə xəbərlərin oxunma sayı: 666
— 06.03.2026 17:50

Azərbaycan Naxçıvan aeroportuna dron hücumu ilə bağlı ICAO-ya müraciət edib

Azərbaycan hökuməti Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatına müraciət edib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, hadisə ilə əlaqədar Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən ICAO-ya ilkin hesabat göndərilib. Bu addımın 1944-cü il tarixli “Beynəlxalq Mülki Aviasiya haqqında” Konvensiyanın tələblərinə uyğun olaraq atıldığı qeyd olunub.