Bu günə xəbərlərin oxunma sayı: 666
—
25.02.2026 10:29
Ceyhun Bayramov: Bir sıra ölkələrdə İslam dininə qarşı çevrilən diskriminasiya narahatlıq doğurur
Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda akkreditə olunmuş müsəlman ölkələrinin səfirləri üçün Xarici İşlər Nazirliyi tərəfindən təşkil edilən iftar mərasimində çıxış edib.Nazir müqəddəs Ramazan ayı münasibətilə təbriklərini çatdıraraq ölkəmizə və dünyaya sülh və əmin-amanlıq arzulayıb. Azərbaycanın multikulturalizm və dinlərarası harmoniyanı dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi təşviq etdiyi vurğulanıb.Çıxışda həmçinin islamofobiya meylləri və Yaxın Şərqdə, xüsusilə Qəzzada davam edən humanitar böhranla bağlı narahatlıq ifadə olunub, münaqişələrin sülh yolu ilə həllinin vacibliyi qeyd edilib.
- Baxış: 29
