Xadimə çalışdığı evdən 5 min manatlıq qızıl oğurlayıb
Bakıda evdən 5000 manat dəyərində qızıl-zinət əşyası və 220 manat pulu oğurlamaqda şübhəli bilinən 43 yaşlı S.Dadaşova müəyyən olunaraq saxlanıb. Araşdırmalarla onun noyabr ayının 1-dən 25-dək olan müddətdə xadimə kimi çalışdığı evdən hissə-hissə qızıl-zinət əşyalarını oğurladığı müəyyən edilib.
Digər əməliyyatla isə zərərçəkənin cibindən 1882 manat talamaqda şübhəli bilinən 25 yaşlı S.Salmanzadə saxlanılıb.
Abşeron rayonunun Saray qəsəbəsindəki marketlərdən 9270 manat nağd pul, 580 manatlıq tütün məmulatları və 400 manatlıq lotereya biletləri oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 30 yaşlı Xəyal Rüstəmov saxlanılıb. Oğurluq anı və hadisə yerindən uzaqlaşması təhlükəsizlik kameraları ilə qeydə alınıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
- Baxış: 42
