Bu günə xəbərlərin oxunma sayı: 666
—
20.10.2025 10:11
Qəzalar zənciri: Şəmkirdə faciəvi ölüm, Göygöldə və Zaqatalada yaralılar

Şəmkirdə İsa Qasımov yaşadığı evdə avtomobilin təkərini dəyişən zaman qaldırıcının qəfil sürüşməsi nəticəsində başı avtomobilin altında qalıb. O, aldığı xəsarətlərdən ölüb.
Göygöldə hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 75 yaşlı N.Mirzəyevi və onun həyat yoldaşını vurub. Hər iki piyada xəstəxanaya yerləşdirilib. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Zaqatalada isə 30 yaşlı Rəsul Corovun idarə etdiyi "Opel" və 45 yaşlı Vüsal İsayevin idarə etdiyi "VAZ-21099" avtomobillərin toqquşması nəticəsində hər iki sürücü, həmçinin "VAZ"da olan 4 yaşlı uşaq xəsarət alıb.
Faktlarla bağlı araşdırmalar aparılır.
- Baxış: 62