
Gəncədə "Dubay bazarı" adlanan ərazidə bıçaqlanma hadisəsi baş verib. Meyvə-tərəvəz satışı ilə məşğul olan, 46 yaşlı Vüsal Əsgərov spirtli içkinin təsiri altında həmkarı ilə mübahisə edib. Bu zaman bazarda göyərti satan 38 yaşlı Araz Məmmədov mübahisəyə müdaxilə edib və tərəflər arasında dava düşüb. Nəticədə Vüsal, Arazı ürək nahiyəsindən bıçaqlayıb. Ağır yaralanan Araz Məmmədov təcili xəstəxanaya çatdırılaraq əməliyyat olunub. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
- Baxış: 166