Gənc Holli dünyanın ən yaxşı atası ilə günəşli Kaliforniyada birgə yaşayır. Onun həmyaşıdı olan Enni Ceyms isə məlahətli, mehriban, onu sevən anası ilə birgə dumanlı Londonda qalır. Qızların biri ana sevgisi arzusundadır, o biri isə çox istəyir ki, yanında atası olsun. Qızlar təsadüfən yay düşərgəsində görüşəndə bir-birilərinə ürəklərini açırlar. Lakin ümumi dərdlərindən əlavə onları birləşdirən bir vacib amil də var idi: onlar bir-birilərinə çox bənzəyirlər... Onlar... əkizdirlər ! Onların valideynləri bir neçə il bundan qabaq ayrılıblar. Bacılar hərəkətə keçməyə qərar verirlər: amerikanlı qız Londona, o birisi isə Amerikaya gedir. Heç bir şeydən xəbəri olmayan valideynlərini tələyə salırlar...
Rejissorlar: Nensi Mayers, Çarlz Şayer
Baş rollarda: Lindsi Lohan, Dennis Kueyd
Digər rollarda: Nataşa Riçardson, Eleyn Hendriks, Liza Enn Uolter
- Baxış: 73