• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1543
— 29.12.2024 20:01

"Tətil" - Bədii film

Ayris Simpkins Londonun nüfuzlu “Daily Telegraph” qəzetində köşə yazarıdır. İngilis əyalətində möhtəşəm kottecdə yaşayan Simpkins başlıca olaraq toylar haqqında məqalələr yazır. Məhəbbət üçbucağının qurbanıdır; sevdiyi kişi başqasına aşiqdir. Ondan minlərlə kilometr uzaqda – ABŞ-ın Cənubi Kaliforniya ştatında isə Amanda Vuds adlı reklam agentliyinin rəhbəri yaşayır. Simpkinslə demək olar ki, eyni aqibəti bölüşür, sevgilisinin ona xəyanət etdiyini aşkarlayır. Bir-birinə yad olan bu iki qadın oxşar situasiyaya düşür və bir-birilə yaşayış yerinin müvəqqəti mübadiləsi üzrə internet saytında tanış olurlar. Yeni il bayramı ərəfəsində Ayris və Amanda öz gündəlik problemlərindən uzaqlaşmaq və iki həftəlik evlərini “dəyişmək” qərarına gəlirlər. Ayris günəşli Kaliforniyaya Amandanın evinə köçür, Amanda isə ağ örpəyə bürünmüş İngiltərədə əyalətə məskunlaşır.

Rejissor: Nensi Mayers

Baş rollarda: Keyt Uinslet, Kemeron Diaz

Digər rollarda: Rufus Syuell, Cek Blək, Cud Lou, İlay Uollak