• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1710
— 06.09.2024 10:16

“İnstagram”da Strories paylaşımlarına şərh bildirmək funksiyası yenilənib

İnstagram Stories paylaşımları üçün nəzərdə tutulmuş yeni funksiyanı istifadəyə verib. Söhbət, Stories paylaşımlarına şərhlərin bildirilməsindən gedir. Formal olaraq Stories paylaşımlarına şərh bildirmək əvvəllər də mümkün idi. Lakin bu halda şərhlər Stories paylaşımını etmiş şəxsin özəl mesajlar bölməsinə göndərilirdi. İndi isə Stories paylaşımına yazılan şərh paylaşımın alt hissəsində əks olunacaq.

Yazılan şərhlər də Stories paylaşımlarının özləri kimi 24 saatdan sonra avtomatik olaraq silinəcəklər. Stories paylaşımını etmək istəyən şəxs şərhləri yaza biləcək şəxsləri özü seçə biləcək. Yəni şərhləri istifadəçinin bütün abunəçiləri və ya yalnız konkret şəxslər yaza biləcəklər. Şərh bölməsini ayrı-ayrı Stories paylaşımları üçün aktiv və ya deaktiv etmək mümkündür. Bu imkanın aktiv olacağı halda şərhləri bütün abunəçilər görə biləcəklər.