• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1730
— 04.09.2024 19:11

Azərbaycan paraatleti yeni dünya rekordu müəyyənləşdirərək qızıl medal qazanıb

KepezTV Player

Azərbaycanın paraatleti Lamiyə Vəliyeva Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında yeni dünya rekordu müəyyənləşdirərək qızıl medal qazanıb. Təmsilçimiz 100 metr məsafəyə qaçışda uğurlu nəticəyə imza atıb. 11.76 saniyə nəticə ilə finiş xəttini birinci keçən L.Vəliyevə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İdmançımız bununla da yeni dünya rekordu müəyyənləşdirib. Lamiyə Vəliyeva Tokio-2020-də 400 metr məsafəyə qaçışda qızıl medal qazanmışdı.

Birinci vitse-prezident Mehriban Əliyeva Lamiyə Vəliyevanın qızıl medal qazanması ilə bağlı sosial şəbəkə hesabında paylaşımla onu təbrik edib.  

Azad Mustafayev