Seçim öncəsi son hazırlıqlarla yaxından tanış olmaq üçün həm sözegedən dairədə və bir neçə məntəqə olduq. Dairə üzrə 98 məntəqə və 3 qapalı müəssisədə baş tutacaq seçkilərdə 53 754 nəfər parlamentdə görmək istədiyi namizədə səs verəcək. 383 seçicinin ilk dəfə səsvermə hüququndan istifadə edəcəyi dairədə, həmçinin 80-100 arası 1224 nəfər qeydiyyata alınıb. 13 məntəqədə veb kamera, 3-də isə pandus quraşdırılıb. Ümumilikdə seçkiləri izləmək üçün 1677 müşahidəçi qeydiyyatdan keçib və 524 nəfər daşınan qutu üçün müraciət edib.
İftixar Hüseynov - 100 saylı Göygöl-Daşkəsən-Kəlbəcər DSK-nın sədri: Bütün məntəqələr tam hazır vəziyyətə gətirilib. Bildirişlər vətəndaşlara paylanıb. O cümlədən seçki məcəlləsinə uyğun olaraq seçkiyə 3 gün qalmışa qədər seçki bülletenləri və protokollar paylanmalıdır. Bu gün də seçki bülletenləri və protokollar bütün məntəqələrə paylanıb. Demək olar ki, seçki prosesinə bütün hazırlığımız tam qaydasında gedir. Seçkiyə tamamilə hazırıq. Seçki günü də vətəndaşların səslərini sərbəst şəkildə bütün məntəqələrdə lazımi şərait yaradılacaq.
Dairənin 1 saylı məntəqəsində seçkiyə hazırlıq yekun mərhələdədir. İşlərin çox hissəsi tamamlanıb. Bütün vacib prosedurlar öz axarı ilə gedir.
Cəmilə Vəliyeva - 100 saylı Göygöl-Daşkəsən-Kəlbəcər DSK -nın 1 saylı MnSK-nın sədri: Bizim siyahı üzrə 987 seçicimiz var. ən yaşlı seçiclərin içərisində 95 yaşlı seçicimiz var. Biz onun öz ərizəsinə uyğun daşınan qutu göndərəcəyik. Həmin daşınan qutu vasitəsilə səsini verəcək. 100 saylı Göygöl-Daşkəsən-Kəlbəcər seçki dairəsi tərəfindən verilən göstərişlər, təlimatlara əsasən seçkiyə tam hazırıq. Bütün seçkilər uğurla keçdiyi kimi bu seçkimiz də uğurla başa çatacaq.
3 saylı məntəqədə də işlər seçki məcəlləsinə uyğun yerinə yetirilir. Seçki günü vətəndaşların rahat şəkildə səsverməsi üçün məntəqədə bütün şərait yaradılıb.
Afət Hacıyeva - 100 saylı Göygöl-Daşkəsən-Kəlbəcər DSK-nın 1 saylı MnSK-nın sədri: 3 saylı məntəqədə bütün təchizatlarla təmin olunmuşuq. Bizim 1091 seçicimiz var. Məntəqəmizdə 68 tələbə qeydiyyatdadır. Tətil dövrünə düşdüyü üçün onlar rayondadır. Burada səs verəcəklər. Ancaq tədris dövrü keçirilən seçkilərdə oxuduqları təhsil ocaqlarında səs verirdilər. 18 yaşı tamam olan seçicilərimiz 12 nəfərdir. Onlar ilk dəfə gəlib səs verəcəklər.
100 saylı Göygöl-Daşkəsən-Kəlbəcər seçki dairəsi 100 yaşdan yuxarı seçicilərin çoxluğu ilə fərqlənir. Qeydiyyatda 4 qocaman seçici var ki, hamısı qadındır. Onlardan 1-nin 104, digərlərinin sə 101 yaşı var.
- Baxış: 224