Saxta pullar çox vaxt orijinal pullardan fərqli toxunuşa xas xüsusiyyətləri ilə seçilir. Həqiqi pulların xüsusi kağızları olur ki, bu kağızların səthi qeyri-bərabər və bir qədər sərt olur. Saxta pullar adətən daha hamar və adi kağızlardan hazırlanır. Pulun toxunuşunu yoxlayaraq, onun orijinal olub olmadığını müəyyən etmək mümkündür. Buna baxmayaraq insanlar tərəfindən saxta pullara aldanma hallarına hələ də rast gəlinir.
İsa Zeynalov - şəhər sakini : Birinci materialına baxıram, İkinci günəşə tuturam işıqda baxıram, 3-cü əlimdə yoxlayıram və yazılarına fikir verirəm. Xüsusilə də möhürünə fikir verirəm. Bir dəfə kiçik bir dükan idi.50 manat pul vermişdim,xırdaladı pul qaytardı. Pula belə baxdım nəsə əlimlə yoxladım, işığa tuttum gördüm pulun material adi kağız kimidi.Şübhələndim dedim pulumu dəyişin. Satıcı da dəyişdi.
Nizamət Nəcəfov - şəhər sakini : Bazara heyvan təsərrüfatı da aparıram.Aparanda pullara baxıram. Ağ bir parçaya tuturam silirəm onu. Onun ləkəsi çıxır, rəngi çıxır istər istəməz.Nəmləndirib silirəm.Rəngi çıxanda götürmürəm.Bir dəfə tanışımın qarşısına çıxıb gecə vaxtı olub.Heyvan aparıb satmağa, elə pulun arasında saxta pul veriblər.
Zeynal Vəliyev - şəhər sakini : Ümumiyyətlə alış-veriş etdikdə və ya mağazalara daxil olduqda adətən pulların əlimlə keyfiyyətinə fikir verirəm.İşığa tutub onların rənginə baxıram eyni zamanda kağızın rənginə baxdıqda bunları ayırd etmək olur.Tanışlarımın çox başına gəlib ancaq şükürlər olsun ki mənim başıma belə bir hadisə gəlməyib.
Pulla aktiv təmasda olan satıcılar saxta pullarla mübarizə üçün daha tədbirli olmalıdırlar. Müştərilərdən qəbul etdikləri pulların həqiqi olub olmadığını yoxlamaq və potensial zərərləri heçə endirmək üçün həm şəxsi yoxlama metodlarından, həm də texnoloji vasitələrdən istifadə etməlidirlər.
Kübra Məhərrəmova - satıcı : Hər bir kassada pul aparatı var yoxlamaq üçün böyük əskinaslar gələndə əsasən onları yoxlayırıq.Bəzi hallarda istinad olaraq xıda pullarda da olur saxta pullar.Onda aparatla yoxlayıb dəqiqləşdiririk.Bir dəfə böyük əskinas olmayıb,xırda əskinas olub 20 manat , gətirib vermişdilər. Əvvəla şübhələndim, sonra aparatda yoxladım ki saxtadı. Adminstratorumuzu çağıdrım , hada sonra hüquq mühafizə orqanlarına bildirdik ki bu pul saxtadır.
Əli Quliyev - satıcı : Birinci növbədə pulu əlimizə alanda hiss edirik kağızın materialından, formasında hiss edirik. İkinci növbədə də aparatda yoxlayırıq, saxta olub-olmamağını yoxlaya bilirik.Başımıza bir dəfə belə bir hal gəlmişdi.Birinci növbədə müdiriyyətə bildirdik, daha sonra onlar lazımi olan qurumlara bildirdilər.
Saxta pullara aldanmamaq üçün diqqətli və ehtiyatlı olmaq vacibdir. Həqiqi pullarla saxta pulları ayırd etmək üçün bir neçə sadə qaydaya əməl edərək, əhali arasında pul dövriyyəsinin təhlükəsizliyini təmin etmək mümkündür.
Məsim Abadov - müstəqil ekspert : Pulun kağız materialı bilrisiz ki su kağızları deyirlər ona .Onıar suda əzilməyən, çürüməyən, tökülməyən rəngi getməyən kağızlardır.Ona görə onları ancaq əllə, barmaqla hiss etmək olar ki bu kağızın keyfiyyəti həmin su kağızının keyfiyyətidir.İkinci orda xüsusi holoqramlar olur, xüüsusi rənglər olur , rəng dəyişən emblemlər olur ki onla bilinir və ən çox pul kağızlarının üzərində bir neçə yerdə rifli çıxıntılar olur.Adətən iri məbləğlər olduqda onu aparıb böyük marketlərdə , banklarda verib ordasaydırmaq olar.Pul maşını dərhal saxtanı kənarlaşdırır.Amma belə gündəlik həyatımızda çox halda olur ki bu saxta pullarla rastlaşırıq.
Hüquq mühafizə orqanlarının saxta pullarla mübarizə üzrə həyata keçirdiyi tədbirlər çoxşaxəlidir və bu tədbirlər cinayətkar fəaliyyətlərin qarşısını almaq, iqtisadi stabilliyi qorumaq və ictimai təhlükəsizliyi təmin etmək məqsədini güdür.
Eşqin Qasımov - telefon : GŞBPİ əməkdaşları tədavüldə olan saxta pul əskinaslarını müəyyən olunaraq həmin pul əskinaslarını hazırlayan şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində də tədbirlərini davam etdirir.Digər cinayətlərlə müqayisədə bu cinayət növü azlıq təşkil edir. Vətəndaşlardan da xahiş olunur ki hər hansı bir şübhəli pul əskinası aşkarladıqda hərha l DİN-nin 102 zəng mərkəzinə müraciət etsin və aidiyytəti üzrə polis əməkdaşları həmin saxta pulları hazırlayan şəxs və ya şəxslərin müəyyən olunması və saxlanılması istiqamətində müvafiq tədbirlər görəcəkdir.
Saxta pullarla qarşılaşdığınızda, dərhal müvafiq orqanlara müraciət etmək və təhlükəsizlik tədbirlərini izləmək ən yaxşı həll yoludur. Bu cür tədbirlər həm şəxsi təhlükəsizliyiniz, həm də iqtisadi sistemin sağlamlığı üçün əhəmiyyətlidir.
- Baxış: 519