• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1099
— 25.05.2024 19:10

Prezident səfirlərin etimadnaməsini qəbul edib

KepezTV Player

Prezident İlham Əliyev Ukraynanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Yuri Qusevin etimadnaməsini qəbul edib. Söhbət zamanı dövlətlərin bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyi vurğulanıb. Dövlət başçısı Prezident Volodimir Zelenski ilə bir neçə gün əvvəl telefon danışığını xatırladıb. Bu müstəvidə ölkələr arasında enerji sahəsində əməkdaşlıq məsələlərinə toxunulduğunu diqqətə çatdırıb. Səfir Ukraynaya göstərilən humanitar dəstəyə, xüsusilə Ukraynadan olan uşaqların Azərbaycanda reabilitasiyası üzrə təşkil olunan layihələrə görə təşəkkürünü bildirib.

Dövlət başçısı İtaliyanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Luka Di Canfrançeskonun da etimadnaməsini qəbul edib. Görüşdə Azərbaycanın işğaldan azad olunan ərazilərində aparılan bərpa-quruculuq işlərində dost və tərəfdaş ölkə olan İtaliyanın şirkətlərinin yaxından iştirakı vurğulanıb. Orta Dəhlizin inkişafı və bu çərçivədə əməkdaşlığın perspektivləri müzakirə olunub. Azərbaycan-Avropa İttifaqı əlaqələri və Avropa İttifaqına üzv ölkə olaraq İtaliyanın bu prosesdə ölkəmizə dəstəyi məsələsi də qeyd edilib.

Azad Mustafayev