• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1198
— 20.05.2024 18:21

Avropa çempionatında yer tutan güləşçilər doğma şəhərdə

KepezTV Player

Avropa çempionatında 4 medal qazanan gəncəli yeniyetmə güləşçilər doğma şəhərə qayıdıblar. Pəhləvanlar Heydər Əliyev Park-Kompleksinin girişindəki Zəfər tağının qarşısında böyük coşqu ilə qarşılanıblar. İdman ictimaiyyətinin nümayəndələri qaliblərə gələcək karyeralarında daha böyük nailiyyətlər arzulayıb. Nizami yurdunun yetirmələri Yunanıstanın Lutraki şəhərində keçirilən 15 yaşadək güləşçilərin qitə yarışında həm sərbəst, həm yunan-Roma növündə fərqləniblər. İdmançılardan 38 kq çəkidə Musa Tağıyev, 52 kq-da Ramal Məmmədoğlu sərbəst, 68 kq-da Əli Məmmədov yunan-Roma növündə bürünc mükafata yiyələnib. 41 kq-da güləşən İbrahim Həsənov isə sərbəst növdə qızıl medal qazanıb.

Vüsalə Cənnətova