Çinin Astribot adlı startapı özünün süni zəkaya sahib Astribot S1 adlı robotunun imkanlarını sərgiləyən videonu təqdim edib. Sözügedən robot hərəkətləri saniyədə 10 metr sürətlə yerinə yetirə və hər bir əlində 10 kq yükü daşıya bilir. Startapın verdiyi məlumata əsasən saniyədə 10 metr sürət robotun bir neçə şəxs üçün yemək masasının qurulmasına kifayət edir. Robot həmçinin çaxır butulkasını aça, içkini badələrə süzə, tavada sendviçlər hazırlaya və hətta məktublar yaza bilir. Robotun sistemində olan süni zəka modeli isə ona insanların hərəkətlərini öyrənməkdə və onları təkrarlamaqda yardımçı olur. Təqdim edilmiş video Astribot S1-in insan hərəkətlərini hansı dəqiqliklə imitasiya etməyi bacardığını sərgiləyir. Startap sözügedən robotun hazırlanmasına 1 il vaxt sərf edib. Məlumata əsasən robotun bu ilin sonuna kimi satışa çıxması nəzərdə tutulub.
- Baxış: 469