• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1933
— 02.05.2024 17:55

Prezident İlham Əliyev sərəncam imzalayıb

KepezTV Player

İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 2 min manat məbləğində birdəfəlik maddi yardım veriləcək. Dövlət başçısı İlham Əliyevin imzaladığı sərəncama əsasən müharibədə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə min manat veriləcək. Müharibə illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqradın mühasirəsi iştirakçılarına da eyni miqdarda birdəfəlik maddi yardım ediləcək. Sərəncamın icrası məqsədilə 3 milyon manat vəsait ayrılıb.