• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 785
— 19.04.2024 17:27

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb. Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, yol Suqovuşan-Kəlbəcər avtomobil yolunun 9-cu kilometrliyindən ayrılır və 33.5 km uzunluğa malikdir. Torpaq yatağının eni 15 metr təşkil edəcək.  Yol 2 hərəkət zolaqlı ikinci texniki dərəcəyə uyğun olaraq inşa edilir. Hazırda avtomobil yolunda layihə üzrə torpaq işləri görülür. Ağdərə-Ağdam avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri sayılır.

Anar Nəcəfli- AAYDA-nın mətbuat katibi: “Yolboyu layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametrlərə malik dairəvi boru, düzbucaqlı su keçidlərinin tikintisi aparılır. Bundan başqa, layihə üzrə Ağdam ərazisində Xaçınçay çayı üzərində 5 aşırımlı körpü də inşa edilir. Hazırda körpü dayaqlarının tikintisi icra olunur. Tikinti işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda işçi qüvvəsi və texnika cəlb olunub”.

Azad Mustafayev