KepezTV Player
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Pakistanın Baş naziri Ramazan bayramı münasibətilə dövlətimizin başçısını təbrik edib, xalqımıza firavanlıq arzulayıb. Azərbaycan Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib, bayram münasibətilə ən xoş arzularını çatdırıb. Azərbaycan Prezidenti və Pakistanın Baş naziri ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə edərək, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
- Baxış: 210