KepezTV Player
Prezident İlham Əliyev Rumıniyanın energetika naziri Sebastiyan İoan Burdujanı qəbul edib. Görüşdə Azərbaycan ilə Rumıniya arasında strateji tərəfdaşlıq əlaqələrinin olduğu vurğulanıb. Bütün istiqamətlər üzrə əməkdaşlığın genişləndiyi bildirilib. Dövlət başçısı yaşıl enerji sahəsində böyük layihələrin reallaşdırıldığını deyib. Söhbət zamanı Azərbaycandan təbii qazın və Qara Dəniz vasitəsilə yaşıl enerjinin Rumıniyaya ixracı ilə bağlı fikir mübadiləsi aparılıb. İki ölkə arasında iqtisadi-ticari əlaqələrin genişləndiyinə toxunulub. Ötən il ticarət dövriyyəsinin əvvəlki illə müqayisədə təqribən 30 faiz artaraq 670 milyon dollara çatdığı qeyd olunub. İnvestisiya sahəsində də əməkdaşlığın möhkəmləndiyi bildirilib.
- Baxış: 103