Avropa Sülh Fondu çərçivəsində Ermənistana hərbi yardımın göstərilməsi planları və aprelin 5-də keçiriləcək toplantının hərbi komponentləri nəzərdə tutduğuna dair məlumatlar regionda sülh quruculuğu səylərinə xələl gətirir. Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib ki, Vaşinqton və Brüssel tərəfindən açıq ermənipərəst ictimai təzahür Ermənistanın ölkəmizə qarşı yenidən mümkün təxribatlarında İttifaq və Birləşmiş Ştatların onu dəstəkləyəcəyinə dair illüziya yarada bilər. Bu halda, Avropa İttifaqı və ABŞ Ermənistanın sabitliyi pozan hər hansı mümkün hərəkətinə görə məsuliyyəti bölüşəcəklər. Bütün tərəfləri sülh səylərinə əks təsir göstərən addımlardan çəkinməyə çağırırıq.", - deyə nazirlikdən bildirilib.
- Baxış: 93