Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında “Bahar qızı və Buz kraliçası” adlı nağıl şousu nümayiş olunub. Səhnə əsərinin ssenari müəllifi Əməkdar artist Ramil Qasımov, quruluşçu rejissoru isə Əməkdar artist İranə Babayevadır. Tamaşada həvəskar gənclər rol alıblar. Səhnə əsərində şər qüvvələr birləşərək “Bahar qız”ı oğurlayıblar, ancaq Novruz bayramının, baharın gəlişinə mane olmaq istəkləri baş tutmayıb. Xeyirin şər üzərində qalib gəlməsinin tərəfdarları “Bahar qız”ı xilas ediblər. Tamaşanın sonunda milli adət-ənənəmizə uyğun olaraq Novruz şənliyi keçirilib.
Rufanə Əzimova- iştirakçı: “”Bahar qız”ı olaraq daha çox rolum müsbətdir. Tamaşanın məğzi ondan ibarətdir ki, “Bahar qız”ın “Buz qız”ın üzərində qalibiyyətindən söhbət gedir”.
Ruslan Bayramov- iştirakçı: “Mən bu tamaşada qoca, amma özünü gənc hesab edən rolu canlandırıram. Bu rolumun adı Doktor Bell Comdur. Mənfi xarakterdir. İlk dəfədir oynanılır. Aktyorlar həvaskardırlar. Öz bilikləri sayəsində burada çıxış edirlər”.
Elnur Vahidoğlu
- Baxış: 227