Orta Dəhlizin tam istismarı Çin-Azərbaycan ticarətinin gələcək inkişafını təmin edəcək. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev "China Global Television Network"a müsahibəsində deyib. "İki ölkə arasında iqtisadi və ticari münasibətlər inkişaf edir. Əlaqələndirici komponent də ticari-iqtisadi münasibətlərdə həlledici əhəmiyyət kəsb edir. Orta Dəhlizin tam istismara verilməsi ilə Çin və Azərbaycan arasında ticari münasibətlər inkişaf etməyə davam edəcək", - o deyib.
- Baxış: 205