Məhkəmə-genetik ekspertizasının hazırkı mərhələsində 9 nəfərin şəxsiyyəti müəyyən edilib. 9-cu şəxs 1952-ci il təvəllüdlü Nəcəfov Şiraslan Məlik oğludur. Bu sözləri Xocalıda aşkar edilmiş kütləvi məzarlığa dair keçirilən brifinqdə Baş Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin rəis müavini Orxan Rzayev deyib. O bildirib ki, istintaq materiallarına əsasən qeyd edilən şəxslərin hamısı 1992-ci il fevralın 26-da Xocalı rayonu ərazisində itkin düşüb.
- Baxış: 77