• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 925
— 16.03.2024 13:01

BMT Baş Assambleyası “İslamofobiya ilə mübarizə tədbirləri” adlı qətnamə qəbul edib

BMT Baş Assambleyası “İslamofobiya ilə mübarizə tədbirləri” adlı qətnamə qəbul edib. İslamofobiyanın ilk qurbanlarından biri kimi Qərbi Azərbaycan İcması bu qətnaməni ürəkdən alqışlayır. Ötən il İcmanın bu mövzuda müraciəti BMT Baş Assambleyasının rəsmi sənədi kimi yayılıb. Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında deyilir. “Dövlətlərin əksəriyyətinin lehinə səs verdiyi sözügedən qətnamə Ermənistan tərəfindən dəstəklənməyib. Bu ölkə hələ də qovulmuş azərbaycanlıların öz yurdlarına qayıtmasına imkan vermir. Biz islamofobiya və ksenofobiyaya qarşı mübarizədə birləşmiş bütün dövlətləri Ermənistanın islamofob siyasətini pisləməyə və oradan qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə öz evlərinə qayıtmasını dəstəkləməyə çağırırıq”, - deyə bəyanatda bildirilib.