"Avropa Parlamentində "Avropa İttifaqı və Ermənistan arasında daha yaxın əlaqələr və Azərbaycanla Ermənistan arasında sülh sazişinə ehtiyac" adlı qətnamə əsassız və qərəzlidir. Bu ölkəmizə qarşı növbəti ikili standartların bariz nümunəsidir". Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd edilib ki, Avropa Parlamentində Ermənistan və erməni lobbisinin təsiri altında olan qətnamə, "sülhün təşviq edilməsi" kimi təqdim olunmasına və guya Avropa İttifaqı-Ermənistan münasibətlərinə həsr olunmasına baxmayaraq, bütün faktların saxtalaşdırıldığı Azərbaycana qarşı qarayaxma kampaniyasının tərkib hissəsidir. Avropa Parlamenti Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə müdaxilə əvəzinə Avropanı bürüyən daha ciddi problemlər, o cümlədən irqi ayrı-seçkilik, İslamofobiya, ksenofobiya, ekstremizm və miqrantlara münasibətdə qeyri-insani davranış kimi məsələlərlə məşğul olsa daha faydalı quruma çevrilər.
- Baxış: 94