Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın növbəti iclası keçirilib. Qərargahın rəhbəri Samir Nuriyev azad edilmiş ərazilərdə ötən dövr ərzində genişmiqyaslı yenidənqurma və bərpa tədbirlərinin görüldüyünü, keçmiş məcburi köçkünlərin öz dədə-baba yurdlarına qayıdışı istiqamətində işlərin davam etdirildiyini bildirib. Prezidentinin azad edilmiş müvafiq ərazilər üzrə xüsusi nümayəndəliklərinin yerlərdəki fəaliyyəti çərçivəsində görülən işlər və 2024-cü ildə qarşıda duran planlar barədə məlumatlar verilib.
- Baxış: 158