• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1044
— 13.03.2024 15:49

Martın 1-dək qeydiyyatdan keçənlərə 545 milyon manatdan çox məbləğ geri verilib

“ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan bu il martın 1-dək qeydiyyatdan keçmiş istehlakçılara 545 milyon manatdan çox ƏDV məbləği qaytarılıb. Bu məbləğ ümumilikdə 1,4 milyarddan çox kassa çeki üzrə ödənilib. Bu ilin ilk iki ayında isə bu göstərici 29,6 milyon manat olub. Vətəndaşları pərakəndə ticarət, ictimai iaşə və tibb xidmətləri sahəsində nağdsız ödəmələr aparmasına stimullaşdıran “ƏDV geri al” layihəsinin reallaşdırılması nəticəsində sözügedən sektorlarda nağdsız ödəmələrin xüsusi çəkisi əhəmiyyətli şəkildə yüksəlib. Bu istiqamətdə addımlarsa davam etdirilir. ((SOT ХР 00:00:25 NAME: Zaur Seyidov TITLE: Dövlət Vergi Xidmətinin idarə rəisi TEXT: Ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının -NKA- tətbiqi istiqamətində də işlər davam etdirilir. Hazırda ölkə üzrə tətbiq olunan onlayn NKA-ların sayı 97 mindən çoxdur. 2024-cü ilin yanvar-fevral ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 3,5 milyard manatdan çox olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,7 faiz çoxdur.