• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 761
— 13.03.2024 15:39

Ötən il 160 min hektara yaxın sahə quraqlıqdan və su azlığından məhv olub

Ötən il Azərbaycanda 160 min hektara yaxın sahə quraqlıqdan və su azlığından məhv olub. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib ki, dünyada baş verən iqlim dəyişiklikləri Azərbaycandan da yan keçmir. Ölkəmizdə təxminən 1,5 milyon hektara yaxın suvarılan sahə var. İstehsal olunan kənd təsərrüfatının 90 faizi suvarılan sahələrdən əldə olunur. "Məhsulun artırılması üçün suyun sistemli şəkildə idarə olunmasına nail olmalıyıq”, - deyə nazir qeyd edib.