• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1053
— 12.03.2024 20:19

İşğal altında qalan kəndlər, Ermənistanın seçimi

KepezTV Player

Vətən müharibəsi 30 illik işğala son qoymaqla ərazi bütövlüyü və suverenlik kimi məhfumların da ölkə ərazisində bərqərar olmasını şərtləndirdi. Ancaq bu kontekstdə açıq qalan məqamlar var ki, bu sırada anklav kəndərin məsələsi hələ də masa üzərindədir. Ermənistan 8 kəndi hələ də işğalı altında saxlamaqla, cəfəng iddialarla çıxış edir. 

Qazaxın 7, Naxçıvanın isə 1 kəndi. Müharibədən ötən dövr ərzində sərhədlə bağı danışıqlarda gündəmə gətirilən məsələ. Hələ də taleyinin hansı yolla Azərbaycana bağlanacağı bəlli olmayan yaşayış məntəqələri. Rəsmi Bakı ədalətli sülhün təmini üçün anklav və eksklavların da geri qaytarılmasında israrlıdır. Ermənistan isə bunun əvəzində cəfəng 31 kənd iddiasını irəli sürür. 

Naqif Həmzəyev- millət vəkili: “Tarixi Azərbaycan torpaqları Ermənistan tərəfindən mərhələli şəkildə zəbt edilibdir və yaxud da Ermənistana hədiyyə olunubdur. Bu baxımdan da Ermənistanın iddiaları əsassızdır. Ermənistan ən qısa zamanda Azərbaycanın işğal altında olan torpaqlarını geri qaytarmalıdır. Zəngilanla Naxçıvan arasında Zəngəzur dəhlizinin işə düşməsini, fəaliyyətə başlamasını təmin etməlidir. Əks təqdirdə sülhün baş tutması real görünmür. Bu baxımdan da Ermənistan təxribatlardan əl çəkməli, səmimi olmalı, sülh anlaşmasının reallaşmasına real töhfələr verməlidir”.

Təxribatlara real töhfəni isə Avropa İttifaqından olan bəzi ölkələr verir. Özü də Ermənistanı xülyalara qərq etməklə. İşğalçılıq siyasətinə uzun illər dəstək olanlar bölgədə yenidən gərginliyin alovlanmasına can atırlar, özü də məqsədli şəkildə. Elə Fransanın timsalında Ermənistana göstərilən siyasi və hərbi dəstək sülh və təhlükəsizlik üçün təminat yaratmır.

Sahil Kərimli- siyasi şərhçi: “Fransa, Almaniya və digər ölkələr və son dövrlər hətta Yunanıstanın, ondan bir qədər əvvəl Hindistanın bu istiqamətdə canfəşanlıqlar göstərməsi, Ermənistana açıq siyasi və hərbi dəstək vermələri, əlbəttə, bölgəmizdə gedən proseslərə çox mənfi təsir göstərir. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, Azərbaycanın irəli sürdüyü təkliflər əsasında sülh müqaviləsinin imzalanması məsələləri təbii ki, kölgə altında qalır. Bütün bunlara səbəb Ermənistanın havadarlardır. Ermənistana siyasi və hərbi dəstək göstərən bəzi şər ölkələrdir”.

Belə olan təqdirdə “ayağı yer alan” Ermənistanın sülhlə bağlı çağırışlarında reallıqdan uzaq olduğunu sezmək çətin deyil. Hələ də nəzarətində saxladığı kəndlərlə bağlı uydurma prizmadan yanaşma irəli sürməsi də bu baxımdan izah edilir.   

Tural İsmayılov- siyasi şərhçi: “Birincisi, beynəlxalq hüquq baxımından Ermənistanın hələ də işğal altında saxladığı 8 kənd Azərbaycan ərazisi kimi tanınır. İkinci nüans ondan ibarətdir ki, Ermənistanın Azərbaycan kəndlərini qeyd-şərtsiz Azərbaycana təhvil verməklə bağlı öhdəlikləri var. Üçüncü nüans isə ondan ibarətdir ki, Azərbaycan qalib tərəf kimi regionda şərtləri diqtə edən tərəfdir. Bu gün Azərbaycan Ermənistanın beynəlxalq hüquqla tanınan hansısa ərazilərinə müdaxilə etməyibdir”.

İndi sadalanan amillər hüquqi baxımdan Azərbaycanın xeyrinə, Ermənistanın isə öhdəliyinə daxil olan məqamlardır. Aparılan danışıqlar, reallaşan görüşlər isə sadəcə məsələnin danışıqlar yolu ilə həllinə istiqamətlənib, yəni tam və əhatəli sülün əldə edilməsinə. Seçim isə Ermənistan üçün elə də uzaq olmayan keçmişə səyahət baxımından aydın olmalıdır. Əks hada...

Elnur Vahidoğlu