KepezTV Player
Laçının toylu-büsatlı günləri başlayıb. Bu gün rayonun Zabux kəndində 32 ildən sonra ilk dəfə olaraq toy sədası ətrafa yayılıb. İki gəncin ən xoş günü el adəti ilə, yəni, kənddə toy mağarı qurularaq təşkil edilib. Hər bir zabuxlu ailənin bu sevincli gününə pənah gətirib. Toy məclisində gənclərin ailə üzvləri, qohum-əqrəbaları, kənd sakinləri ilə bərabər, Azərbaycan Prezidentinin Laçın rayonu üzrə xüsusi nümayəndəsi Məsim Məmmədov və digər rəsmi şəxslər də iştirak ediblər. Zabux kəndində 211 ailə olmaqla 808 nəfərin daimi məskunlaşması təmin edilib.
- Baxış: 180