Musiqi nədir? Bu sual əsrlər boyu insanları düşündürmüşdür və indi də düşündürür. Cavablar da müxtəlifdir. Qədim yunanlar musiqini insanlara ünvanlanmış töhfə kimi qiymətləndirirlər.
Musiqi həyatımızın ayrılmaz hissəsidir. Bu bağlılıq insan ömrünün ilk anlarından başlayır. Beşikdə yatan körpə anasının şirin laylasına qulaq asdıqca rahatlaşır. Həyatımızın sevincli, qürurlu, eləcə də kədərli anları müxtəlif xarakterli musiqilərlə müşayiət olunur. Göründüyü kimi musiqi insanın bütün həyatını müşahidə edir. Dünyada elə bir xalq yoxdur ki, onun özünəməxsus musiqi mədəniyyəti olmasın. Musiqi millətləri birləşdirən, onların qarşılıqlı anlaşmasını təmin edən universal bir dildir. Musiqidən, hətta təbabətdə də istifadə edilir. Hesab olunur ki, musiqi insan orqaniziminə, xüsusilə də əsəb sisteminə olduqca müsbət təsir göstərir. Ona görə də bəzi xəstəliklərin müalicəsi zamanı dərmanlarla yanaşı, musiqinin bəzi növlərindən də istifadə olunur. Elə həmsöhbətimiz də bu haqda danışdı.
Mövlud Zalı- gənc gitaraçı: “Uşaq yaşlarımdan bu sənətə başlamışam və çox xoşbəxtəm. Çünki xəyallarımı reallaşdırıram”.
“Musiqisiz dünya səhv olardı”. Deyən Fridrix Nitşenin sözlərindən yola çıxan biz gənclər istedadı daim qəlbimizdə qoruyub, real həyata gözəl əks etdirməyi bacarmalıyıq.
Mövlud Zalı- gənc gitaraçı: “Ailəm və dostlarım mənə hər zaman dəstək olub, çünki, mən musiqiylə yaşamağı sevənlərdənəm”.
Bu yaxınlarda belə bir söz eşitmişdim: “Əgər mənə uçmağı öyrədə bilmirsənsə, mahnı oxumağı öyrət”. Sözün əsl mənasında bəzən bir musiqi vasitəsilə sevincimizdən qanad açıb, uçuruq.
Tellan Zeynalova
- Baxış: 2632