
Gəncədə iki evdə yanğın olub. Hadisə şəhərin Aydın Məmmədov küçəsində qeydə alınıb. Əntiqə Məmmədovaya məxsus evin 90 kvm olan dam örtüyü və Zeynəb Məmməovaya məxsus qonşu evin 70 kvm-lik dam örtüyü yanıb. Baş verən yanğın evin daxili otaqlarına da ziyan vurub. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 4 yanğın söndürən avtomobili və 30-dan artıq canlı qüvvəsi cəlb olunub. Yanğın nəticəsində xəsarət alan olmayıb və alov söndürülərək qonşu evlərə keçməsinə imkan verilməyib.
- Baxış: 163