AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. İclas ilk dəfə regionda – Gəncədə inşa edilən Kəpəz futbol akademiyasının inzibati binasında reallaşıb. Əvvəlcə qurumun prezidenti Rövnəq Abdullayev, İcraiyyə Komitəsinin üzvləri, "Kəpəz" klubunun nümayəndələri və digər şəxslər akademiyanı gəziblər, yaradılan şəraitlə tanış olublar. Daha sonra isə iclas başlayıb. Yığıncaqda AFFA-nın Növbəti Hesabat-Seçki Konfransının aprelin 2-də keçiriləcəyi qərara alınıb. Tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev öz istəyi ilə namizədiyini irəli sürməyəcəyini bildirib. İclasda, həmçinin, qəbul olunan digər bir qərarla bir neçə futbol veteranına və həkimə təqaüd veriləcək. Toplantıda eləcə də, “Kəpəz” Futbol Akedemiyasının tikintisilə bağlı İcraiyyə Komitəsinə hesabat təqdim edilib.
- Baxış: 183