Avropa Kanoe Assosiasiyası “Prezident Kuboku-2024” beynəlxalq reqatasını ikinci dəfə rəsmi təqvim planına daxil edib. Təsdiqlənmiş təqvimə əsasən, iştirakçı komandalar aprelin 29-da Bakıya gələcəklər. Bir gün sonra Mingəçevirdə yarışın rəsmi açılış mərasimi və parad təşkil olunacaq. Mayın 1-də Suqovuşan su anbarında birnəfərlik kayak və kanoe üzrə 200 metr məsafəyə yarışlar keçiriləcək. Reqata mayın 2-3-də Mingəçevirdə davam edəcək. Mayın 3-də yarışların final görüşləri keçiriləcək. Avropa Kanoe Assosiasiyası həmçinin Azərbaycanda avarçəkmə üçün uyğun olan yeni su hövzəsinin təqdimatının olacağı haqda məlumat verib. Mayın 4-də işğaldan azad olunan Füzuli rayonunda yerləşən Köndələnçay su anbarının açılış mərasimi baş tutacaq. “Prezident Kuboku-2023” beynəlxalq reqatası da Assosiasiyanın rəsmi təqvim planına daxil edilmişdi.
- Baxış: 164