• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1870
— 27.02.2024 15:50

13 minə yaxın şəxs qızılca peyvəndi olunub

TƏBİB-in tibb müəssisələrində 13 minə yaxın şəxs qızılca peyvəndi olunub. Qurumun yaydığı məlumata görə, peyvəndləmə könüllülük prinsipi əsasında aparılır. "Epidemioloji vəziyyətin təhlili göstərir ki, xəstəlikdən ağırlaşma və ölüm halları, əsasən, qızılcaya qarşı peyvənd olunmayan şəxslərdə müşahidə edilir. Bunu nəzərə alaraq, ötən il dekabr 27-dən etibarən vaxtında qızılcaya qarşı peyvəndlənmədən kənarda qalan, heç vaxt bu xəstəliyi keçirməyən 11-40 yaşlı əhali qrupu arasında da peyvəndlənmə prosesi aparılır" - deyə məlumatda vurğulanıb. Bildirilib ki, bu günədək 11-40 yaş aralığında peyvənd olunan şəxslərin sayı 10 min 161 nəfər təşkil edib: Ümumilikdə isə TƏBİB-in tabeliyində olan tibb müəssisələrində 12 min 882 nəfər qızılca-parotit- məxmərək və qızılca-məxmərək peyvəndi olub.