• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1735
— 21.02.2024 10:26

Maraqlıdır

Harold Edvard Holt 1966-cı ildə vəfat edənə qədər  Avstraliyanın 17-ci Baş Naziri vəzifəsində çalışıb. Holt okeanı həqiqətən çox sevirdi və bir həftə sonu o, dörd dostu ilə balıq tutmağa gedib. Nahardan əvvəl bir az üzmək üçün bir sahildə dayanır. Bu, baş nazirin ovcunun içi qədər bildiyini iddia etdiyi bir çimərlik idi. Lakin Holt çimərkən qəfildən dənizdə itib. Şahidlərdən biri “o, yarpaq kimi birdən yoxa çıxdı", -deyə bildirib. İlk ağlına gələn odur ki, bu, dəhşətli və uğursuz bir qəza idi. Amma ən maraqlısı odur ki, bu hadisə Avstraliya tarixində ən böyük axtarış əməliyyatlarından birinə səbəb olsa da, Holtun cəsədini indiyə qədər heç kim tapa bilməyib.
Bu hekayə bir çox sui-qəsd nəzəriyyələrinin yaranmasına səbəb olmuşdu. İnsanlar Holtun CIA tərəfindən öldürüldüyünü, bəziləri isə onun intihar etdiyi fikrini irəli sürürdü. Lakin yaxınları bu ittihamları rədd edir.

 

Ötən il Qana millət vəkilləri iclasın pozulmasına səbəb olmuş məşhur bir jarqon sözün, parlamentdə işlədilməsini qadağan ediblər. Qanada danışılan Akan dilində narazılıq bildirən "tweaa" sözü parlament debatlarında o qədər tez-tez işlədilirdi ki, axırda spiker Edward Doe Adjaho bu sözdən iclaslarda istifadə olunmasını qadağan edib. Lakin bəzi insanlar deyirlər ki, bu qadağan prezident John Mahamanın parlamentdə çıxış edəcəyi günə təsadüf edib. Hətta xəstəxanalardan birinin qarşısında adamlar tərəfindən küyə basılmış bir siyasətçinin “kim tweaa dedi?” deyə soruşduğu göstərən video internet hitinə çevrilib.

Dünyanın ən uzun çayı hesab edilən Nil Afrikanın 10 ölkəsinin ərazisindən keçir və uzunluğu 6650 kilometrdir. Eyni zamanda bir çox ölkələrdən keçdiyi üçün tranzit çaydır. Nilin iki əsas qolu var: Ağ və Mavi Nil. Çayın qidalanmasında yağış suyu xüsusi əhəmiyyət kəsb edir. Nil çayının böyük suvarma əhəmiyyəti var. Bu çayın üzərində suyun səviyyəsini tənzimləmək üçün böyük Asuan su anbarı yaradılmış və SES tikilmişdir. Böyük suvarma əhəmiyyətinə malik olan bu çay Misir  və Sudanın həyatında mühüm rol oynayır. Nildən həm də balıqçılıqda, su təchizatında, gəmiçilikdə istifadə edilir.  Asuan su anbarı tikildikdən sonra çayda gəmiçilik üçün əlverişli şərait yaranıb. Misir əhalisinin təqribən 97% Nil zonasında yaşayır. Nilin illik su sərfi 84 km3-dir.

Lalə Sadıqova 

 

 

ƏTRAFLI...