KepezTV Player
Polis əməkdaşları tərəfindən sosial şəbəkələrdə atanın qızına qarşı zorakılıq göstərməsi ilə bağlı yayılan görüntülərlə əlaqədar araşdırma aparılıb. Əməlin Bakı şəhəri Türkan qəsəbəsi sakini 1983-cü il təvəllüdlü Elnur Məmmədov tərəfindən törədildiyi müəyyən olunub. Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. E.Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Xəzər rayon Məhkəməsinin qərarı ilə Elnur Məmmədov barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, uşaq və ananın təhlükəsizliyi təmin olunub.Araşdırmalar davam etdirilir.
- Baxış: 150