Naftalan Şəhər Polis Şöbəsinə müraciət edən Rusiya vətəndaşı dələduzluğa məruz qaldığını deyib. Onu Bakıdan Naftalanda yerləşən sanatoriyaya gətirən şəxsə 100.000 rus rublu məbləğində nağd pulu valyuta mübadiləsi etməsi üçün verdiyini, lakin sonuncunun pulu geri qaytarmadığını bildirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əcnəbinin etibarından sui-istifadə edərək ona qarşı dələduzluq etməkdə şübhəli bilinən, Gəncə sakini Rövşən Bağıyev saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
- Baxış: 36