Xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində qarşı tərəfin müraciəti əsasında ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn ilə görüşüb. Ceyhun Bayramov 5 ay sabitlik hökm sürəndən sonra heç bir təhrikedici amil olmadan snayper atəşi nəticəsində Azərbaycan hərbi qulluqçusunun yaralanması ilə nətiələnən Ermənistan təxribatının sülh prosesinə zərbə vurmaq məqsədi daşıdığını diqqətə çatdırıb. Bununla yanaşı, Avropa İttifaqının Ermənistandakı missiyasının Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi geniş şəkildə sui-istifadə olunmasının, “binokl diplomatiyasının” qəbuledilməzliyi diqqətə çatdırılıb. Sülh sazişi layihəsinə gəldikdə Ermənistanın Konstitusiyasında, qanunvericilik aktlarında, beynəlxalq təşkilat və məhkəmələrdə ölkəmizin ərazi bürövlüyü və suverenliyinə qarşı davam edən iddialar bir daha xatırlanıb və bu iddialardan əl çəkməyin vacibliyi vurğulanıb.
- Baxış: 109