• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1674
— 13.02.2024 10:11

Diş xəstəlikləri

Bildiyimiz kimi diş və damaq problemləri həyat keyfiyyətini aşağı salan xəstəliklər sırasındadır. Bu problemlərin nəticəsi olaraq mədə-bağırsaq sistemində və digər orqanlarda da müxtəlif xəstəliklər yarana bilər.

Dişəti iltihabı dişin ətraf toxumalarının iltihablanması nəticəsində əmələ gəlir. Dişəti qanaması, şişməsi, qızarması bu xəstəlyin ilkin simptomları kimi görülə bilər. Bəs dişəti xəstəlikləri necə yoxlanılır? Dişlərin ətrafındakı sümük toxumasını qiymətləndirmək üçün hansı müayinələr aparılır.

Rəhman Qafarov- pasient: “Arxa dişim ağrıdığı üçün həkimə müraciət etdim. Əvvəlcə rentgenə saldılar, indi isə gəlmişəm nəticəni həkimimdən öyrənib, müəlicə etdirim”.

Diş əti xəstəliklərinin qarşısının alınması mümkündür. Həyat boyu dişlərinizi sağlam tutmaq üçün diş ərplərini təmizlətmək və fırçalamaq lazımdır. Əsas şərtlərdən biri də vaxtında diş həkiminə müraciət etməkdir.

Ancaq bizə hələ də maraqlı olan sual var. Ağız boşluğunda əmələ gələn iltihabi proseslər stomatitin yaranmasına  səbəbdirmi? Əyri dişlərin düzəldilməsi, diş, çənə və üzdəki uyğunsuzluqların aradan qaldırılması üçün hansı müalicə metodları mümkündür? Bu sualımızı mütəxəsislərin cavablandırmağın istərdik.

Leyla Əliyeva

ƏTRAFLI...