Gəncədə oğul atasına qarşı amansızlıq nümayiş etdirib. Ona balta ilə başından xəsarətlər yetirib. Polis atasını xəstəxanaya aparmaq əvəzinə qaçan oğulun yerini tapmaq üçün elə də çox vaxt sərf etməyib.
Dəhşətli hadisə şəhərin Bayan küçəsi 119b ünvanında baş verib. Oğul öz doğma atasına baş nahiyəsinə balta ilə xəsarətlər yetirib. Şəhər sakini, 1952-ci il təvəllüdlü Nazim Məmmədov dərhal 1 saylı şəhər xəstəxanasının travmatalogiya şöbəsinə çatdırılıb. İlkin müayinə zamanı 72 yaşlı kişinin baş nahiyəsində iki çapılmış-deşilmiş yara, eləcə də bədənin müxtəlif nahiyələrinin əzniyi aşkarlanıb. Tibbi yardım göstərilən şəxsin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Hadisənin ailə münaqişəsi zamanı yaşandığı deyilir. Baş verənləri xatırlamaq istəyən 72 yaşlı kişi çətinliklə də olsa fikrini ifadə edib.
Hadisəni törətməkdə şübhəli bilinən oğul isə 48 yaşlı Zaur Məmmədovdur. O, atasını xəstəxanaya aparmaq əvəzinə, qaçmağı üstün bilib. Lakin polis tərəfindən isti izlərlə saxalanılıb.
Hadisənin təfərrüatları hüquq mühafizə orqanları tərəfindən araşdırılır.
Elnur Vahidoğlu
- Baxış: 196