Prezident İlham Əliyev 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib. “Bizim gənclər artıq müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər”, - deyə paylaşımda qeyd olunub.
Birinci vitse-prezident Mehriban Əliyeva da Azərbaycan gənclərini təbrik edib. "Hər bir Azərbaycan gəncinə möhkəm cansağlığı, tükənməz enerji, firavanlıq, uğurlar diləyirəm", - deyə paylaşımında vurğulanıb.
2 fevral MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə 1997-ci ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə Azərbaycanda Gənclər günü kimi qeyd olunub. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Ölkə gənclərinin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xaricdə təhsili, sosial müdafiəsi istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması dövlətin bu sahəyə böyük diqqətinə sübutdur.
- Baxış: 124