KepezTV Player
NATO Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesini dəstəkləyir. NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə yeni xüsusi nümayəndəsi Xavyer Kolominanın sözlərinə görə, hər iki ölkənin ərazi bütövlüyü və suverenliyinin tanınması mühüm əhəmiyyət kəsb edir və normallaşma prosesinin əsasını təşkil edir. "Biz sülh danışıqlarının mümkün qədər tez bir zamanda bərpa olunmasını istərdik. Davamlı sülh bütünlükdə Cənubi Qafqaz regionunda sabitlik üçün çox vacibdir.", - deyə Kolomina bildirib.
- Baxış: 66