KepezTV Player
Azərbaycanın seçki məntəqələri yaradılmış diplomatik missiyalarında fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ölkənin Koreyadakı səfirliyində başlayaraq ABŞ-ın Los-Anceles şəhərindəki Baş Konsulluğunda tamamlanacaq. Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib. Seçkilər ölkələrin yerli saat qurşaqlarına uyğun olaraq saat 8-də başlayacaq, 19-da başa çatacaq. Ümumilikdə 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb.
- Baxış: 79