• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1652
— 20.01.2024 19:53

“Müstəqilliyə gedən yol”

KepezTV Player

Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi, Gənclər Evi və Gənclər İnkişaf və Karyera Mərkəzinin Gəncə - Daşkəsən regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə 20 Yanvar ilə əlaqədar “Müstəqilliyə gedən yol” adlı tədbir keçirilib. Tədbirdə qeyd olunan təşkilatların rəsmiləri, Ombudsmanın Qərb Regional Mərkəzinin nümayəndələri, həmçinin gənclər iştirak ediblər. Çıxış edənlər həmin günün Azərbaycan xalqının tarixinin həm faciəli və kədərli, həm də qəhrəmanlıq, rəşadət səhifəsi olduğunu ifadə ediblər. Qeyd olunub ki, 1990-cı ilin 20 yanvarı ölkəmizin həyatında dönüş nöqtəsi kimi tarixə düşüb.