KepezTV Player
Prezident İlham Əliyev Seneqalın dövlət başçısı Makki Sallı Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına dəvət edib. Prezident dəvətini Seneqalın Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Şeyx Qeyenin etimadnaməsini qəbul edərkən çatdırıb. Görüşdə ölkələrimiz arasında əlaqələrin həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb, ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyi bildirilib.
- Baxış: 77