• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 927
— 14.01.2024 20:11

Sabahdan prezident seçkilərinin təşviqat kampaniyası başlayacaq

KepezTV Player

Sabah, yanvarın 15-də növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına başlanılacaq. Fevralın 6-sı saat 8:00-da təşviqatın aparılması dayandırılacaq.

Fevralın 7-də isə Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb. Seçkidə 7 namizəd mübarizə aparacaq.