• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1698
— 13.01.2024 15:24

Vahid Novruzov: Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə xidmət edən audit sistemi formalaşmalıdır

KepezTV Player

“Azərbaycanda artıq ənənəvi audit yerinə müasir dövrün çağırışlarına cavab verən Dayanıqlı İkişaf Məqsədlərinə xidmət edə biləcək audit sistemi formalaşmalıdır”. Bunu Auditorlar Palatasının sədri Vahid Novruzov “Hesabatlıq və şəffaflıq yeni dövrün çağırışları kontekstində” mövzusunda keçirilən forumda deyib. Sədr bildirib ki, Audit və mühasibat uçotu ölkənin dayanıqlı inkişafının təmin olunmasında mühüm əhəmiyyət kəsb edir. Bu sahələr Dayanıqlı İkişaf Məqsədlərinin 17 məqsədinin 8-nin həyata keçirilməsində rol oynayır.

Vahid Novruzov - Auditorlar Palatasının sədri: Son illərdə Azərbaycanda şəffaflığın artırılmasında korrupsiyaya qarşı mübarizədə, qanunun aliliyinin təmin olunmasında mühüm nailiyyətlər əldə olunub. Çox vaxt bizim nailiyyətlərə ikili standartlarla yanaşan böyük dövlətlər, ABŞ prezidenti belə ötən il Azərbaycan Prezidenti İlham Əliyevə yazdığı məktubda Azərbaycanda qanunun aliliyi və hesabatlılığın inkişafı istiqamətində əldə olunan nəticələrdən çox məmnun olduqlarını bildirib.