KepezTV Player
Prezident seçkisi ilə əlaqədar xaricdə olan seçicilərin dəqiqləşdirilməsi müddəti sabah başa çatır. Bu barədə Növbədənkənar Prezident seçkisinin hazırlanıb keçirilməsi üzrə Təqvim planında qeyd edilib. Siyahı səsvermə gününə ən azı 25 gün qalanadək təsdiq edilməlidir. Bununla yanaşı, səsvermə üçün qeydiyyatdan çıxma yəni səsvermə vəsiqələrinin dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına verilməsi müddəti də bitir. 2024-cü il fevralın 7-də növbədənkənar Prezident seçkisi keçiriləcək. Bu günə qədər 17 nəfər prezidentliyə namizədliyinin irəli sürülməsinin təsdiqlənməsi üçün müraciət edib. Namizədliyi qeydə alınan şəxslərin sayı isə 7-yə çatıb.
- Baxış: 71